13 Yanvar 21:21
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna rəhbərliyi son nəticədə səfərbərlik yaşını 18-ə endirmək qərarına gəlməli olacaq".

Teleqraf.com xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində ABŞ-nin Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Ceyk Sallivan bildirib ki, səfərbərlik yaşının aşağı endirilməsi barədə müvafiq qərarı yalnız Kiyev verə bilər.

“Ukrayna orduda əsgər çatışmazlığını həll etməlidir”, - Sullivan vurğulayıb.

ABŞ prezidentinin məsləhətçisinin sözlərinə görə, Ukraynada hərbi kadr çatışmazlığı problemi münaqişənin ilk günündən var. Lakin bu problem 2024-cü ildə, xüsusilə kəskinləşib.

Amerika lideri Co Baydenin administrasiyası artıq yeni prezident Donald Trampın komandasına Ukraynada əsgər çatışmazlığı ilə bağlı məlumat verib.


Müəllif: Arzu

Oxşar xəbərlər