10:03
217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Abxaziyanın “ali məhkəməsi” Gürcüstana casusluqda ittiham olunan Kaxa Muradovu 15 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Gürcüstan vətəndaşı K.Muradov “dövlətə xəyanət” və “odlu silahların qanunsuz dövriyyəsi” maddələri üzrə təqsirli bilinib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, K.Muradov 2024-cü ilin mayın 14-də saxlanılıb. Onun Gürcüstan xüsusi xidmətləri üçün məlumat topladığı, Ukraynada Rusiyaya qarşı döyüşən “Gürcü legionu” və həmçinin artıq 20 ildir mövcud olmayan “Mxedrioni” silahlı birləşmənin üzvləri ilə əlaqə saxladığı iddia olunurdu. Onun Abxaziya “vətəndaşlığı” ilə yanaşı, Gürcüstan pasportunun da olduğu bildirilib.
Tbilisidə K.Muradovla bağlı separatçıların məhkəmə hökmünü hələ şərh etməyiblər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər