7 Dekabr 2017 08:56
3 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazarlarımızın öz həmkarları arasında əks-cindən kimləri yaraşıqlı və gözəl hesab etdikləri ilə maraqlandıq.

Teleqraf.com bu barədə sorğuya verilmiş cavabları təqdim edir.

Rəbiqə Nazimqızı: “Yaraşıqlı yazarlar sırasında Şəhriyar del Gerani, Cavid Zeynallı və Elməddin Süleymanovun adlarını çəkərdim. İndi ağlıma bunlar gəlir...”

Jalə İsmayıl: “Bu sorğuda ortaboy yazarlar avtomatik uduzacaqlar. Qəşəng ortaboylular üçün üzgünəm... Onların sayı daha çoxdur. Boy-buxunlulara gəlincə, ağlıma mərhumlar ­– Mövlüd Mövlud, Zərdüşt Şəfi, Fərhad gəlir... Lənət şeytana, sağımız da var – Şehriyar del Gerani. Səlim Babullaoğlunu da xarizmatik adam hesab edirəm”.

Ləman Ələşrəfqızı: “Aqşin Yenisey, Şəhriyar del Gerani, Aqşin Evrən...”

Çinarə Ömray: “Salam Sarvan...”

Günel Ruhi Bağırova “Şahlar Ruhi, Məhəmməd Hadi, Səlim Babullaoğlu...”

Aqşin Yenisey: “Milli mental dəyərləri nəzərə alıb ad çəkməyəcəyəm. Çünki subay xanım şairlərin adını çəksəm, sevgililəri bıçaqlayacaq, evlilərin adını çəksəm, ərləri kəllə atacaq. Boşanmışların gözəlliyindən dəm vursam, bu dəfə də evdə qırğın düşəcək. Ən yaxşısı mən bu sorğuda yox kimi davranım”.

Rəşad Nağı Mustafa: “Günel Treu, Nərgiz Nazim Əlizadə – ağlıma ilk gələnlər bunlardır”.

Ömər Xəyyam: “Nərmin Kamal...”

Cəlil Cavanşir: “Müasirlərdən heç kəsi deyə bilməyəcəm, qırğın düşər. Nigar Rəfibəyli, Nurəngiz Gün, Dilbər Axundzadə...”


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər