16 Avqust 2022 00:26
2 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı yazıçı Nikolas Evans 73 yaşında vəfat edib .

Teleqraf.com xəbər verir ki, infarkt keçirən yazıçı İngiltərənin cənub-qərbindəki Devondakı evində ölüb.

Yazıçı debüt əsəri olan “At pıçıltısı” ilə tanınır. Kitab 1995-ci ildə ABŞ-da ən çox satılan 10 roman sırasına daxil olaraq böyük populyarlıq qazanıb. Əsər 15 milyon nüsxədən çox satılıb.

1998-ci ildə roman Scarlett Johansson, Kate Bosworth, Robert Redford və Sam Neill-in rol aldığı eyniadlı film yazıçını daha da məşhurlaşdırdı.


Müəllif: Teleqraf.com