1 İyul 2014 15:44
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən bahalı gülüşü hazırlanıb.

Teleqraf.com bildirir ki, ən bahalı gülüşün müəllifləri Dubay stomatoloqlarıdır.

Dişlər üçün hazırlanan örtük təmiz qızıldandır. Briliyantlarla bəzədilən örtüyün qiyməti 150 min dollardır.

Yeniliyin müəllifləri bunun dünyanın ən bahalı dişi adı ilə Ginnesin rekordlar kitabına salınması üçün müraciət ediblər.

Bir qapağın hazırlanması üçün 10 qram qızıl və çəkisi 2,5 karat olan 160 briliyantdan istifadə edilib.

Artıq klinikanın iki müştərisi bu bahalı dişlərə sahib olmaq üçün müraciət edib. Bunlardan biri BƏƏ-dən olan qadın, digəri isə qətərli kişidir.

Stomatoloqların sözlərinə görə, bu örtüklər dekorativ xarakter daşıyır və müvəqqəti istifadə üçün nəzərdə tutulub. /ans press/


Müəllif: