24 İyul 2014 19:38
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçirilən məhkəmə prosesində prokuror Rusiyada 18 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan Ermənistan vətəndaşı, sürücü Qraçya Aratunyanın 7 il azadlıqdan məhrum olunmasını istəyib.

Məlumata görə, o, yol qəzasında günahkar olduğunu etiraf edib.

Qeyd edək ki, Moskvada iyulun 13-də dəhşətli qəza baş verib. Aratunyan tərəfindən törədilən qəzada “KamAZ”ın sərnişin avtobusla toqquşması nəticəsində 18 nəfər ölüb və 61 insan ağır xəsarət alıb.

Xatırladaq ki, 46 yaşlı Arutunyan saxlanıldıqdan sonra ilk məhkəmə prosesinə güllü qadın xalatında gətirilmişdi.

/modern.az/


Müəllif:

Oxşar xəbərlər