30 İyul 2014 17:16
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzada İsrail ordusunun 1 aya yaxındır apardığı hərbi əməliyyatlar zamanı təxminən 200-ə yaxın uşaq həlak olub.

Məlumata görə, ötən gün Təl-Əvivdə bir qrup yəhudi Qəzzada ölən uşaqlara görə şadyanalıq edib.

Olduqca şən görünən qrup, “Sabah məktəb olmayacaq, çünki Qəzzada uşaq qalmayacaq” deyə qışqırıblar.

Onlar həmçinin, İsrail parlamentinin ərəb millət vəkilləri Əhməd Tibi və Hanin Zubini də hədələyiblər. Hər iki millət vəkilini terrorçu adlandıran qrup Tibini uşaqlarını öldürəcəkləri ilə hədələyiblər: “Bil ki, bundan sonrakı uşaq səninki olacaq”.

Daha sonra qrup, “Ərəblərə nifrət edirəm”, “Qəzza qəbiristanlıqdır”, - deyə qışqırmağa başlayıblar.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər