İsrail polisi Məscidi-Əqsada namaz qılan fələstinlilərə namaz qılmağa imkan verməyib.
Anadolu Agentliyinə istinadən xəbər verilir ki, şahidlərin məlumatına görə, səhər saatlarında İsrail polisi Məscidi-Əqsada namaz qılan fələstinlilərin bəzilərinin maskalı olduğunu iddia edərək gözyaşardıcı qazdan istifadə edərək zorla məsciddən çıxartmağa çalışıb.
Məscidi-Əqsanın həyətinə çıxan fələstinlilərə İsrail polisi sərt müdaxilə edib. Bu vaxt bəzi yəhudi vətəndaşların da İsrail polisinə kömək etdiyi bildirilib.
Xatırladaq ki, dünən də İsrail polisinin Məscidi-Əqsada namaz qılan fələstinlilərə müdaxilə etməsi nəticəsində 2 adam yaralanmışdı. /Axar.az/