3 İyul 2014 09:37
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında çıxış edən Ermənistan deputat qrupunun rəhbəri Artaşes Geqamyan yaxşı münasibətə görə Azərbaycana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, görə, Geqamyan deyib: “Azərbaycan nümayəndəsi bizə normal işləməyə şərait yaradılacağını demişdi və belə də oldu. Düzdür, müəyyən fikir ayrılığı yarandı, amma ümumilikdə biz bir-birimizlə dil tapdıq. Mən sədr olaraq sizə və Azərbaycana təşəkkür edirəm”.



Onun bu çıxışı alqışla qarşılanıb.



Qeyd edək ki, az öncə azərbaycanlı jurnalistə verdiyi müsahibəsində o, Bakıya 15-ci dəfə gəldiyini söyləmiş, bəzi maraqlı etiraflarda bulunmuşdu. /Axar.az/


Müəllif:

Oxşar xəbərlər