4 İyul 2014 10:48
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə müxalifətin prezidentliyə vahid namizədi Ekmeleddin İhsanoğlu seçki kampaniyası çərçivəsində ilk dəfə olaraq canlı yayımda çıxış edib.

Teleqraf.com "İstiqamet.com"a istinadən xəbər verir ki, İhsanoğlu anasının və atasının türk olduğunu deyib: "30 mart bələdiyyə seçkilərindən sonra prezident seçkilərilə bağlı müzakirələr aparıldığı bir vaxtda Kılıçdaroğlu və Dövlət Bahçeli vahid namizəd təklifi ilə çıxış etdilər. Təbii ki, mən bunu özümə aid etmirdim. İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etdim. Şərəfli görəvi 9 il yerinə yetirdikdən sonra ölkəmə döndüm. Hər iki tərəfdən təkliflər gəldi. Amma mən təşəkkür etdim və bildirdim ki, namizədliyə layiqli olan çox adam var. AKP-dəki dostlarım da Türkiyə sizə vəzifə verir dedilər. Şairin dediyi kimi, siz tələb etmədən hakkdan sizə görəv gəlirsə bunu ədəb əhli olaraq qəbul etməlisən. Başqanlar İstanbula gəldilər və razılaşdıq. Yəni "Coca Cola", "Pepsi Cola"dan təkliflər gəlmədi, xalqdan gəldi. Düşünürsünüz, bir insan dünyada bütün ’dan teklif gelmedi. Düşünebiliyor musunuz bir insan dünyadaki bütün təzadları, imperiyal qüvvələri bir mərkəzdə cəmləşdirəcək. Bir də bunun üzərinə "Coca Cola" gəldi. Üzülməsinlər deyə, mən də bunun üzərinə "Pepsi Cola"yı əlavə etdim.


Atam Misirə təhsil üçün gedib. Sonra orada müəllimlik edib. Atam, anam türkdür. Atam Yozqatlı, anam Rodosdandır. Soyadı Hacıoğlu. Əsgərliyimi topçu kimi keçirdim. "Ərəb baharı"nın gəlməsi üçün daha uzun yol var. Hazırda ərəb dünyasında baş verənlər diktatorların payızıdır. Şiddət, terrorçuluq, məzhəbçilik, dinçilik üzərində oynayırlar. Xəritələr dəyişir. İraq üç yerə bölünüb. İŞİD Amerikanın işğalından sonra ortaya çıxdı. Bunlar çox təhlükəli şeylərdir".


İhsanoğlu qeyd edib ki, ələvilər Anadolunun sosial reallığıdır: "Mövlana, Hacı Bektaşı Veli, Yunus Emre olmasa Anadolu olmazdı. Ələvi qardaşlarımızın tələblərinə müsbət baxıram. Mən dindar ailədənəm. Anam dindar qadın idi. Mən sosial və mədəni dəyərlərlə bağlı mühafizəkar anlayışa sahibəm. Bir ingilis mühafizəkarı öz dəyərlərini necə qoruyursa, biz də elə olmalıyıq. Elmə, təhsilə, ərəb və Qərb ədəbiyyatını bilən adamam”.

Ayxan


Müəllif: