7 İyul 2014 13:37
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borçalı” Cəmiyyəti Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərini “Borçalı Türklərinin Elat Mədəniyyəti” tədbirinə dəvət edib. Bu məqsədlə cəmiyyət hər üç ölkənin dövlət başçısına müraciət edib.

Müraciətdə qeyd olunur ki, “Borçalı” İctimai Cəmiyyəti öz fəaliyyətində hər zaman dövlət və milli maraqları üstün tutaraq, hədəfi həyata keçirdiyi layihələr vasitəsilə Gürcüstanda yaşayan soydaşlarımızın fundamental hüquqları, vətəndaş və mədəni hüquqlarının təmininə yönəlməklə, soydaşlarımızın Gürcüstan cəmiyyəti ilə qarşılıqlı inteqrasiya prosesinə yardımçı olmaqdadır.

Borçalı Cəmiyyəti 2009-cu ildən üç dövlətin bayrağını birlikdə dalğalandırmaqdadır. Bu ictimai qurumun regionun təhlükəsizliyi və demokratik inkişafına ictimai dəstəkdir. Çox məmnunuq ki, son zamanlar üç dövlətin əməkdaşlığı artan xətt üzrə inkişaf edir ki, bu da daha güvənli gələcəyimizə alternativsiz qarantdır. Gürcüstanda məskunlaşmış soydaşlarımızın birlik və bərabərliyinə xüsusi töhvə verən tədbirlərimizdən biri Gürcüstanın Dmanisi rayonunda hər il iyul ayının 26-da təşkil etdiyimiz “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” yaylaq festivalıdır. Bu tədbirdə minlərlə soydaşlarımızla birlikdə Türkiyədən, Güney Azərbaycandan, MDB ölkələrindən, Türk dünyasının müxtəlif bölgələrindən qonaqlarımız iştirakı gözlənilir.

Bu layihənin cənubi Qafqazda ilk dostluq və barış layihəsi olduğunu, ortaq maraqlarımızın qorunması və dövlətlərimizin imicinə faydasını nəzərə alaraq Sizdən bu tədbirin yüksək səviyyədə keçirilməsinə dəstək verməyinizi xahiş edir, bu tədbirdə şəxsən iştirakınızı arzulayırıq.

Qeyd edək ki, bu il Elat Mədəniyyəti günləri Ramazan Bayramı səbəbindən 3 avqustda keçiriləcək.

Cavidan


Müəllif:

Oxşar xəbərlər