8 İyul 2014 14:39
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İŞİD ən böyük zərəri Türkiyəyə verəcək".



Bu barədə Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası baş katibi Bədir Camus deyib. O bildirib ki, İraq və Şam İslam Dövlətinin (İŞİD) Suriya və İraqdakı irəliləyişi fəlakətdir.

Hələbin də İŞİD-in əlinə keçməsinin an məsələsi olduğunu söyləyən Camus, radikal təşkilatın ən çox Türkiyəyə ziyan vuracağını qeyd edib. Türkiyənin regiondakı siyasətini yenidən nəzərdən keçirməsini istəyən Camusa görə, İŞİD-in qarşısı alınmazsa Türkiyə üçün istənməyən hadisələr baş verə bilər.

Baş katib İran və Suriya kəşfiyyatının İŞİD-i peşəkar formada istiqamətləndirdiyini iddia edir. Radikal təşkilatın bölgədə Türkiyə daxili sərhədlərini tanımayacağını söyləyən Camus təşkilatın Türkiyədə, Səudiyyə Ərəbistanında və İordaniyada olacağnı bildirib. Onun fikrincə İŞİD regionda yalnız İrana girməyəcək. Camus İŞİD-i İranın idarə etdiyini iddia edib.

/ans press/


Müəllif: