Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində görülmüş işlər müzakirə edilib və bir sıra sahələrdə əməkdaşlıq prespektivlərinə dair fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Riçard Morninqstara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səxavət