26 İyul 2014 22:11
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev Olyanta Umala Tassoya ən xoş arzularını yetirib, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyib.


Müəllif: