8 Noyabr 23:06
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente “X” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, daşqınlar nəticəsində 78 nəfər itkin düşüb, meyiti tapılan 48 nəfərin isə hələ də şəxsiyyəti müəyyən edilməyib.

Qeyd edək ki, Turis, Çiva və Bunyol şəhərləri kimi Valensiyanın bəzi hissələrinə 400 mm-dən çox yağıntı yağıb ki, bu da bir illik yağıntı normasına bərabərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər