Tehranda tələbə yataqxanalarından birində 44 nəfər dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
“Təcili yardım mütəxəssisləri üç zərərçəkənə hadisə yerində yardım göstərib, daha 41 zəhərlənmiş şəxs xəstəxanalara çatdırılıb”, - məlumatda deyilir.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.