Oktyabrın 12-də Tbilisidə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə start götürən dünya birinciliyinə bu gün yekun vurulub.
Teleqraf.com xəbər verir ki, yarışların son günü gənclər arasında Eyvaz Baxşıyev (57 kq) qızıl medal qazanaraq dünya birinciliyinin qalibi olub. Yeniyetmələrin mübarizəsində isə Hüseyn Hüseynov (56 kq) üçüncü yerə çıxıb.
Qeyd edək ki, yarışların ilk iki günündə gənclər arasında Fuad Məmmədov (62 kq) gümüş, yeniyetmələrdə Vilayət Bayramov (60 kq), Emin Haqverdiyev (65 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Samboçularımız milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyevin, yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi ilə çıxış ediblər.