24 İyul 2023 11:49
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Teleqraf.com xəbər verir ki, püşkatma öncəsi “Sabah”, “Neftçi” və “Qəbələ”nin mümkün rəqibləri 4-ə enib.

“Sabah” II raund səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.

“Neftçi”nin III raunddakı potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütləri və “Alkmaar”dır (Niderland).

“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər