"Santos"un prezidenti Modesto Roma "Barselona"nın futbolçusu Neymar görə FIFA-ya müraciət etdiklərini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Esports Cope" nəşri məlumat yayıb. Braziliya klubunun rəhbəri ali futbol qurumundan "sambaçı"nın 6 aylıq diskvalifikasiya olunmasını tələb edib.
Roma açıqlamasında belə danışıb: "Mən hələ may ayında bu məsələ ilə bağlı FIFA-ya müraciət etmişəm. Bəli, Neymar futbolsevərlərin kumiridi, amma elə şeylər var ki, biz razı deyilik.
Onun "Barselona"ya keçidi şəffaf deyil. Bu, İspaniya prokurorluğu və Braziliya məhkəməsi tərəfindən sübuta yetirilib.
Biz yaxşı başa düşürük ki, inzibati məsələlər FIFA-nın səlahiyyətindədi, buna görə ora müraciət etmişik".
Qeyd edək ki, "Santos" Neymara "Barsa"ya transferinə görə pul kompensasiyasına nail olmağa çalışır.
Rüstəm