“Qəbələ”nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasına dəvət alıb.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı hücumçu İrlandiya ilə AÇ-2016-nın pley-off matçlarına çağırılıb. Ondan noyabrın 9-da millinin düşərgəsində olması istənilib. Oyunlar isə noyabrın 13-də Zenitsada, noyabrın 16-da Dublində keçiriləcək.
Qeyd edək ki, daha öncə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb. İrlandiya səddini aşa biləcəkləri təqdirdə, hər iki oyunçu AÇ-2016-nın final mərhələsində iştirak hüququna yiyələnəcək. (Report)