Ötən il aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 milyon 256 min 37 ədəd xaricdə istehsal olunan siqaret saxlanılıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü il ilə müqayisədə 5 dəfə azdır.
Bundan əlavə, 2024-cü ildə 13 266 litr spirtli içkilər, 105721,715 litr energetik içkilər, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycanın aksiz markası ilə markalanmış 292 litr spirtli içki saxlanılıb.
Eləcə də, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 milyon 760 min ədəd aksiz markası ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları və 300 min ədəd saxta aksiz markaları da qanunsuz dövriyyədən götürülüb.