2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı müraciətlərin sayı artıb.
Teleqraf.com-a Nazirlikdən verilən məlumata görə, hesabat ilində 9128 vətəndaş müraciət edib.