İcbari Sığorta Bürosu 2024-cü ildə 966 min 559 manat kompensasiya ödənişi həyata keçirib.
Teleqraf.com xəbər verir ki, 2024-cü ildə İcbari Sığorta Bürosu sığortasız və naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə ödəniş edib.
Bu ödənişlər, 252 şəxsin sağlamlıq xəsarətləri, 16 nəfərin əlilliyi və 135 nəfərin ölümünə səbəb olan hadisələr nəticəsində həyata keçirilib.
Qeyd edək ki, kompensasiya ödənişi, sığorta müqaviləsi olmayan və ya oğurlanmış avtonəqliyyat vasitəsilə üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, sığorta qanunvericiliyinə uyğun ödənişlərin həyata keçirilməsi mümkün olmadıqda təmin edilir.