"İçərişəhər" Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi Şirvanşahlar Saray Kompleksinin həyəti və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu üçün 25.193 manata 50 oturacaq skamya satın alıb. Skamyaların ədədi 500 manata başa gəlib.
Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müsabiqənin qalibi "Leqo Group" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tenderin ehtimal olunan qiyməti 37.878,00 manat olub, lakin tərəflər 25.193 manata razılaşıblar.
Tenderin qiymətinə skamyaların çatdırılma və quraşdırılması da daxil olub. Proses yanvarın 15-dən başlayıb, fevralın 3-nə qədər davam edəcək.
Qeyd edək ki, "Leqo Group" bir sıra dövlət qurumları ilə əməkdaşlıq edir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ötən il elan etdiyi 1 milyon 499 min 671 manatlıq tenderin qalibi olub.
Şirkət 2019-ci ildən tikinti, quraşdırma, layihələndirmə və təchizat sektoru üzrə fəaliyyət göstərir.