Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 52,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Bundan öncəki – 21 yanvarda keçirilən hərracda bankların dollar tələbi 53,2 milyon ABŞ dollar olmuşdu.
Bu ilin yanvar ayında keçirilən hərraclarda 391,5 milyon ABŞ dolları satılıb.