12:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir.

Teleqraf.com xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. Bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.

AZANS və NATS arasındakı əməkdaşlıq uçuş təhlükəsizliyinin artırılması, gecikmələrin azaldılması və əməliyyatların səmərəliliyinin yüksəldilməsi məqsədini güdür. Bu, rabitə, naviqasiya və müşahidə sistemlərinin optimallaşdırılması, beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi ilə təmin ediləcək. Həmçinin əməkdaşlıq çərçivəsində kadr potensialının inkişafı və təkmilləşdirilməsi, o cümlədən təlimlər və seminarların həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, NATS ilə tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun inkişafını dəstəkləyəcək və regionda lider mövqeyinin gücləndirilməsinə kömək edəcək.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər