2024-cü ildə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sahədə çalışan 4105 fiziki və hüquqi şəxsə 75,4 milyon manat məbləğində güzəştli kredit verilib.
Teleqraf.com Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, illik müqayisədə güzəştli kredit alanların sayı 3,6 faiz, kredit məbləği isə 2,3 faiz artıb.
Bundan əlavə, il ərzində agentlik tərəfindən 9107 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Bu göstərici əvvəlki ilə nisbətən 40,6 faiz artıb.
Ümumilikdə, verilən kreditlərin 50,6 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 4 milyon manatı güzəştli kreditlər, 20,8 milyon manatı isə mikrokreditlərdir.