Dövlət Turizm Agentliyi 04-06 mart 2025-ci il tarixlərində Berlində keçiriləcək “ITB Berlin 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üzrə açıq tender elan edib.
Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlə bağlı işlərin ehtimal olunan qiyməti 295 min 565,22 manatdır.
Müsabiqədə iştirak haqqı 350 manatdır. Tender üzrə işlərə stendin döşəməsinin və strukturunun hazırlanması, qrafik işlər, mebellərin quraşdırılması, işıqlandırma işləri, keyterinq və digər xidmətlər daxildir.
Təkliflərin son təqdim olunma tarixi 18 fevraldır. Zərflər də eyni gündə açılacaq.