Dünya şöhrətli Hollivud aktyoru Antonio Banderas həyat yoldaşı Melani Qriffitdən ayrıldıqdan sonra haqqında şayiələr yayılmağa başlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktyorun Şeron Stounla birgə səmimi görüntüləri şayiələrə səbəb olub. Məşhurlar aralarında eşq macərasının yaşanması ilə bağlı xəbəri təkzib ediblər.
Şeron bildirib ki, Antonionu qardaşı kimi sevir, 53 yaşlı Melani isə onun rəfiqəsidir:
“Mən bu ittihamları ədəbsiz və əsassız hesab edirəm. Bu məlumatlar məni çox incitdi”.
Xalidə