Türkiyənin ATV telekanalında nümayiş olunan "Diger yarım" teleserialı ilə bağlı böyük qalmaqal yaranıb.
Teleserialın 3-cü seriyasının 23-cü dəqiqəsində telefonla danışan hicablı xanımın arxasındakı reklamlardan birində "Seks" sözü yazılmışdı.
Bu isə subliminal mesaj sayıla bilər.
"25-ci kadr" da adlandırılan subliminal mesajdan televiziyada ilk dəfə 1957-ci ildə istifadə olunub.
Amerikalı Ceyms Vikari "Picnic" adlı filmdə hər 5 saniyədən bir saniyənin 1/3000 hissəsinə bərabər zaman kəsimində "Pop-Korn ye" və "Coca-Cola iç" yazılmış kadrlar (fremlər) nümayiş etdirmişdi.
/milli.az/