17 İyul 2014 17:17
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva "Qafqaz - Media" İctimai Birliyinin təsis etdiyi "ONUR" mükafatına layiq görülüb

Bu haqda müğənninin mətbuat katibi Faiq Ələkbərov bildirib:
“Sənətkara bu mükafat milli mətbuatımızın yaranmasının 139-cu ildönümü münasibəti ilə Azərbaycan musiqisini bütün dünyada yüksək səviyyədə təbliğ etdiyinə və sənət bayrağımızı daim ən uca zirvələrdə dalğalandırdığına görə verilib. İlhamə Quliyeva onu bu mükafata layiq görən adıçəkilən birliyin sədri hacı Azadə Taleh Abbasqızıya və zəhməti olan hər bir kəsə təşəkkürünü bildirir".

Xatırladaq ki, qeyd olunan mükafat fəaliyyət göstərdikləri sahələrdəki böyük uğurlarına görə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, xalq artisti Amaliya Pənahovaya və ölkənin bir sıra KİV-ində çalışan peşəkar jurnalistlərə də verilib.

/axşam.az/


Müəllif: