Ağdan və Füzulidə də qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşdırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən birifinqdə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır: "Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezlikıə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq".
Qeyd edək ki, artıq "Azərişıq" azad edilmiş digər rayonların abunə kodlarında rayonların azadolma tarixlərini əks etdirib.