8 İyul 2021 20:34
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Finlandiya ilə ikitərəfli əlaqələrimizlə yanaşı Dağlıq Qarabağ, Kipr, Liviya, Ukrayna, Afrika, Qaradəniz kimi regional mövzularda, o cümlədən miqrantlar məsələsilə bağlı geniş müzakirələr apardıq”.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiyanın paytaxtı Helsinkidə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Olavi Haavisto ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Finladiya XİN başçısı ilə çox əhəmiyyətli görüşləri olduğunu deyən M. Çavuşoğlu Türkiyə-Avropa İttifaqının əlaqələrində bu ölkənin roluna böyük önəm verdiyini vurğulayıb.

M. Çavuşoğlu Finlandiya ilə Türkiyənin BMT-də vasitəçi dostluq qrupu və həmsədr olaraq münaqişələrin həllində birgə fəaliyyətlərinin olduğunu qeyd edərək, Afrikada, Yaxın Şərqdə və Qafqazda hər iki ölkənin dəstək güclərinin birləşdirildiyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər