19 Mart 2023 13:18
13 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanlıların Xankəndi və Xocalıya qayıtmalarının vaxtıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko “Vestnik Kavkaza”ya açıqlamasında deyib.

“Azərbaycanlıların Xankəndi, Xocalıya və digər yaşayış məntəqələrinə qayıtmaları üçün ilk növbədə əsas şərt yerinə yetirilməlidir - Ermənistan silahlı qüvvələrinin və separatçıların hərbi birləşmələrinin Qarabağ ərazisindən çıxarılması”, - ekspert bildirib.

Korotçenko indiki durumda ora qayıtmağın təhlükəli olduğunu söyləyib:

“Fakt budur ki, Azərbaycan dövləti və xalqına nifrətlə dolu silahlı insanların olduğu bir şəraitdə ora qayıtmaq ən azı təhlükəlidir. Bəllidir ki, azərbaycanlılar bu şəhər və kəndlərə mərhələli şəkildə qayıdacaqlar. Bu da digər məsələlərlə yanaşı, Qarabağda yaşayan ermənilərin Azərbaycanın hüquqi və siyasi məkanına reinteqrasiyası ilə sinxronlaşdırılacaq”.

Korotçenko vurğulayıb ki, azərbaycanlıların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya qaytarmaq hüququ var:

“Bura Azərbaycan ərazisidir. Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İndi azərbaycanlı əhali, məsələn, vaxtilə Ermənistanın işğalı altında olan Ağalı və Talış kəndlərinə qayıdırsa, bu proses Qarabağın Rusiya sülhməramlı kontingentinin olduğu hissəsində həyata keçiriləcək. Bu, indi Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinə görə baş vermir, amma proses üzərində işləmək lazımdır”.

Ekspert qeyd edib ki, indidən azərbaycanlıların Xankəndinə, Xocalıya və digər şəhər və kəndlərə köçməsinə şərait yaratmaq lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər