2 İyul 2018 10:19
2 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizi inandırmağa çalışırlar ki, Rusiya Azərbaycanın dostu, qardaşıdır. Hətta tarixdə Rusiya imperiyasının, ardınca SSRİ-nin və müstəqil Rusiyanın Azərbaycan torpaqlarını parça-parça necə Ermənistana ötürdüyünü, azərbaycanlıların Ermənistandan köçürülməsinə dəstək verdiklərini, nəhayət Dağlıq Qarabağın separatçıların əlinə keçirilməsi üçün canfəşanlığını unutsaq belə, iddia edildiyi kimi Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarə yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bu fikirlərin son zamanlarda Rusiyadan olan ekspertlərin dillərindən səsləndirildiyini də diqqətə çatdırıb: “Əlbəttə, bir qrup rusiyalı ekspert var ki, Rusiyanın Azərbaycanın yanında olduğunu iddia edir, Cocuq Mərcanlıya səfər edərək Azərbaycanın lehinə açıqlamalar verirlər.

Təqdirəlayiq haldır ki, heç olmazsa Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var. Ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib: "Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur”.

Yalnız KİV-mi? Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək erkəndir. Ancaq bu o demək deyil ki, bu mərkəzlərlə iş aparılmamalıdır. Bütün hallarda rusiyalı ekspertlərin və deputatların Lələ Təpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirirəm. Amerikanları və avropalıları da həmin yerlərə gətirmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər