23 Aprel 2019 22:27
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya prezidentlərinin aprelin 26-da Pekində keçiriləcək beynəlxalq iqtisadi forum çərçivəsində görüşü planlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov məlumat verib. Dövlət başçıları ikitərəfli əlaqələr və digər beynəlxalq məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər