Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun Azərbaycan əleyhinə yaydığı əsassız və qərəzli ekspert rəyinə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, ombudsman təəssüflə qeyd edib ki, son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun timsalında bəzi “beynəlxalq ekspertlər"in hazırladıqları bəyanat və hesabatlarda Azərbaycana münasibətdə ikili standandartlara yol verilməklə həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasında əsas məqsəd etnik nifrət zəminində qarşıdurmanın yaranmasına səbəb olmaqla, regionda davamlı sülhün təmininə, Qarabağın erməni əsilli əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneə törətməkdir.
"Bu səbəbdən beynəlxalq təşkilatların təmsilçilərinə, habelə müstəqil ekspertlərə müraciət edərək, hər hansı münaqişə ilə bağlı araşdırma apararkən məsələnin mahiyyətini dərindən öyrənməyə, mövcud faktları təhrif etməməyə, xalqlar arasında münasibətlərin süni şəkildə gərginləşməsinə rəvac verən addımlardan çəkinməyə, ədalətli sülhün və davamlı təhlükəsizliyin təmini naminə göstərilən səyləri dəstəkləməyə dəvət edirik", - deyə S.Əliyeva vurğulayıb.