Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti artırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik haqda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək. Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir. İclasda layihə səsə qoyularaq qəbul edilib.
Nemət