Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, "Quql Docs"un rəsmi Tvitter səhifəsində müvafiq xəbərdarlıq dərc olunub: "Biz "Google Docs" xidməti adından göndərilən fişinq mesajlarını araşdırır və sizdən belə məktubları açmamağı xahiş edirik".
"Quql" şirkəti istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün artıq saxta səhifələri silib və saxta məktubların göndərilməsi üzrə yeni hallar haqda xəbər verməyi xahiş ediblər.
Fişinq – istifadəçilərin məxfi məlumatlarına giriş əldə etmək və şifrləri ələ keçirmək üçün internet fırıldaqçılığının bir formasıdır.