16 Fevral 2023 16:25
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi Ramal İbrahimovun üzərindən götürülib. O, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Bundan əlavə, müvafiq əmrlə Vüqar Hüseynova Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər