7 Yanvar 11:33
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 11 xəstəxanada böyrək transplantasiyası həyata keçirilir.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2021-ci il tarixli 235 nömrəli qərarı ilə müəyyən edilib. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Həmin xəstəxanaların siyahısını təqdim edirik:

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı

Mərkəzi Neftçilər Xəstəxanası

“Mərkəzi Klinika” MMC

Respublika Müalicəvi Diaqnostika Mərkəzi

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası

“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC

Bakı Sağlamlıq Mərkəzi

"Bona Dea" Beynəlxalq Xəstəxanası

“Yeni Klinika” publik hüquqi şəxs


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər