Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncə şəhərində yerləşən yaşayış kompleksində intihar hadisəsi baş verib.
Teleqraf.com-un qərb bürosunun məlumatına görə, kompleksin binalarından birinin dəhlizində Ümid Əliyev adlı şəxsin meyti aşkarlanıb.
Onun 23-25 yaşı olduğu təxmin edilir.
Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.