25 Yanvar 15:03
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru Konstantine Qamsaxurdiya və müavini Mirian Xositaşvili Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndinə səfər ediblər.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, onlar kəndin azərbaycandilli orta məktəbini ziyarət edərək təhsil ocağına yeni Gürcüstan ədəbiyyatına aid 500-ə yaxın kitabı hədiyyə veriblər.
Kitablar kənd yaxınlığında yerləşən digər azərbaycandilli məktəblərə də paylanılacaq.
Məktəb kitabxanasında müəllim və məktəblilərlə keçirilən görüşdə savad və təhsilin əhəmiyyətindən danışılıb.
Gürcüstanın Milli Parlament Kitabxanasından bildirilib ki, tədrisi qeyri-gürcü dillində olan məktəblərə dəstək davam etdiriləcək.

Layihənin Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi ilə birgə həyata keçirildiyi qeyd olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər