14 Aprel 2015 10:59
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə DSX-nın Aparatında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Xidmətin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, DSX rəisinin müavini general-mayor Azad Ələkbərov, DQİDK sədrinin müavini Gündüz İsmayılov seminarda çıxış edərək bəzi qüvvələrin radikal dini cərəyanların ölkəmizdə təbliğinə, dövlətimizin dünyəvi xarakterini dəyişmək və sabitliyi pozmaq üçün dini ayrıseçkilik yaratmaqla insanları müxtəlif təriqətlərə parçalamağa, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrin tərkibində iştirakına cəlb etməklə cinayət tərkibli əməllər törətməyə cəhd göstərdiklərini vurğulayıblar.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizin tolerantlıq və multikulturalizm nümunəsinə çevrilməsi, müxtəlif dini inanclara məxsus insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşaması barədə ətraflı danışılıb.

Seminarda dini amillərdən yararlanmağa cəhd göstərən radikal qüvvələrə qarşı dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib, bu kimi ünsürlərlə mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyi qeyd olunub.

Qeyd edək ki, sonda iştirakçıların sualları cavablandırılıb.

BƏXTİYAR


Müəllif: