Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Şəbnəm Mehdiyevanın məhkəməsi başlayıb.
Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Şəbnəm Mehdiyeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Onun qadınları BƏƏ-nin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar olunub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyulun 8-nə təyin olunub.
Hacı Zeynalov