Bakı sakini işlədiyi "Xəzərdənizgəmiçiliyi" QSC-yə məxsus gəmidə yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də "Xəzərdənizgəmiçiliyi" QSC-nin Zığ Quru Yük Limanında Bakı şəhər sakini Nadir Mirzəyev işlədiyi "Mahmud Rəhimov" adına gəmidə yıxılıb.
N.Mirzəyev aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
/trend/