16 İyul 2014 15:57
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakında mənzilini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Şövkət Azayevanın gəlir əldə etmək məqsədilə Azərbaycan vətəndaşı olan qadını fahişəliyə cəlb etməsi müəyyən olunub. O, kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər