Günün günorta vaxtı küçə ilə gedən şəhər sakininin cibinə girən bacılar tutulub.
Nəsimi Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində baş verib.
Soyğunçuluqda şübhəli billnən 24 yaşlı Maşa Qarbula və bacısı 12 yaşlı Alyona Qarbula isitinaqa təhvil veriliblər. Onlar Bakı şəhər sakini Elman Əlizadənin cibindən 47 manat götürüb qaçıblar. Tüfeyli həyat tərzi keçirən bacıların törətdiyi cinyətin səbəbləri araşdırılır.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
/publika.az/