Bakının Nizami rayonunda fəhlə faciəli şəkildə dünyasını dəyişib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Keşlə Ət Kombinatında baş verib. Kombinatda işləyən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Vüsal İbrahimovun başı dəzgahın içərisində qalıb. Vüsal İbrahimov hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov