9 Mart 2022 15:58
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi zərərçəkmiş və şahidlərin dindirilməsi ilə davam edib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmiş qismində müğənni Vasif Məhərrəmli ifadə verib:

"Maqsud mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən? Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və yaşlı qadın saxlayıram. Mən ona dedim ki, ev almışam, öz işimdir. Digər tərəfdən isə mən elə bir ev almaram. Soruşdum ki, bu informasiya səndə haradandı? Dedi ki, mənə bir xanım deyib məlumatı. Dedi, öyrənib xanımın adını mənə deyəcək. Səhəri gün Maqsud Mahmudov heç nə demədi.

Bir müddət sonra o, Cavanşir Məmmədovla bağlı danışmağa başladı. Mən Maqsuda təklif etdim ki, belə şaiyələr yaymasın. Bir müddət sakit oturdu. Sonra isə Manaf Ağayevlə bağlı başladı danışmağa. Maqsud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızından pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat verdim.

Bir cavan oğlan mənə zəng elədi ki, Maqsud müəllim göndərib, pulu ver. Mən də 1000 manatı verdim. Ondan sonra onu görməmişəm. Mənim 1000 manatımı versə, yaxşı olar".

Maqsud Mahmudov isə bildirib ki, Vasif Məhərrəmliyə zəng vurub və ondan üzr istəyib:

"Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdı. Bir gün mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif Məni Afətlə əlaqələndirdi. Adətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi.

Manaf Ağayevlə Vasifin İlham adlı dostu var idi. O mənə 30 min manat borclu idi. Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif vəd verdi ki, mən ona deyərəm. Mən dedim ki, pulumu 3 min, 3 min qaytarsın. Vasif zəng elədi, onunla danışdı və mənə bildirdi ki, pulu başqa adama verdiyini deyib. Vasif dedi ki, biz Manafla adama 500 manat verərik sənə. Mən də cavab verdim ki, mənə elə pul lazım deyil. Vasif qayıtdı ki, mən sənə qardaş payı verirəm".

Vasif Məhərrəmli bildirib ki, Maqsud yalan danışır: "Maqsud mənə dedi ki Manafı axşam söküb-yığacam. Mən də Manafa dedim ki, Maqsud belə deyir. Manaf da dedi ki, mən niyə ona pul verməliyəm?"

Daha sonra zərərçəkmiş qismində Rəfiqə Müslümova ifadə verib.

O bildirib ki,ona ev təmiri üçün təcili pul lazım olub: "Mən faizə pul axtarırdım. Bir nəfər dedi ki, qızıl qoyub lombarddan götürə bilər. Qızılım yox idi. Qohumumdan qızıl götürüb həmin adamla aparıb lombarddan Mədinə adlı xanıma verdim. 15 gün keçməmiş pulu qaytardım. Amma qızılları ala bilmədim.

Hər gün gedib lombardın qarşısında oturdum, əsəbləşirdim. Bir gün lombardın qabağında ürəyim getdi. Polislər gəldi, mənə yardım etdi. Mədinə mənə dedi ki, qızılları Maqsud müəllim götürüb qaçıb. Qızılların yiyəsi məni az qalırdı məhkəməyə versin. 4 aydan sonra qızılları qaytardılar. Mən Maqsud tanımamışam. Mənə dedilər ki, lombard sahibi Maqsuddur".

Digər zərərçəkmiş Orxan Bəylərzadə isə bildirib ki, onun da qızıllarını Maqsud Mahmudov götürüb qaçıb.

* * *

15:34

İş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə müğənni Vasif Məhərrəmli ifadə verib.

Müğənni gələduzluqda təqsirləndirilərək həbs olunan Maqsud Mahmudovun işi üzrəzərərçəkmiş qismində dindirilib.

İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.

Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər